“Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alıb.
26 yaşlı hücumçu İsveçə qarşı DÇ-2022-nin seçmə mərhələ və Özbəkistanla yoldaşlıq oyunları üçün yığmaya çağırılıb. Volkov karyerasında ilk dəfə milliyə dəvət olunub.
Qeyd edək ki, bu mövsüm 8 qol vuran futbolçu Azərbaycan Premyer Liqasında bombardirdir.