Azarkeşlərin hücumundan sonra Mahir Emreli başından xəsarət alıb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsinin olub-olmadığını yoxlamaq üçün həkim müayinəsindən keçib.
Müayinədə Mahirin başında şiş əmələ gəldiyi ortaya çıxıb. 24 yaşlı hücumçunun hadisədən sonra başında ağrılar olub.
Mahir Emreli ağrılar səbəbindən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün “Zaqlembe” ilə matçda oynamayacaq.