Azərbaycan millisinin sabiq kapitanı və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu kimi bağladığı ilk müqavilənin fotosu yayılıb.
Müqavilədə sözləşmənin detalları əks olunub.
21 il əvvələ təsadüf edən müqavilənin müddəti 3 il olub. Sözləşmə şərtlərinə əsasən, R.Sadıqovun aylıq maaşı o vaxtın pulu ilə 200 min manat (20 şirvan) olub.
Qeyd edək ki, 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub (qafqazinfo.az).