Azərbaycan Premyer Liqasının XXV turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.
İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib. Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun yetirmələri “Sabah”la qarşılaşmada bir xalla kifayətlənib – 1:1.
“Qarabağ” evdə sonuncu xal itkisi ilə 364 gün öncə – 2021-ci il mayın 4-də üzləşmişdi. Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.