22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın futbolçusu ağır xəstəlik keçirib

Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Ovusu Kvabena  I Liqada mövsümün son iki oyununu buraxmalı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə “Qarabağ”a məxsus olan futbolçu ağır xəstəlik keçirib.

Kvabenanın müqaviləsi mövsümün sonunda başa çatacaq. Qanalı forvardın gələcək taleyinə hələ aydınlıq gəlməyib. Klubun onu “Qarabağ”dan birdəfəlik transfer edəcəyinə ümidvar olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm Ovusu Kvabena 23 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43