“Sumqayıt” daha bir futboçusu ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda vitse-kapitanı Vüqar Mustafayevlə isə 3 illik yeni sözləşmə imzalayıb.
2019-cu ildən Sumqayıt təmsilçisinin şərəfini qoruyan 28 yaşlı dayaq yarımmüdafiəçisi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.
Xatırladaq ki, “gənclik şəhəri” təmsilçisi kapitan Vurğun Hüseynovla da, yeni müqavilə imzalayıb.