Region Liqasında mövsümə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, əlledici qarşılaşmada “Cəbrayıl” və “Xan Lənkəran” üz-üzə gəlib. Şamaxşı şəhər stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Cəbrayıl” minimal hesabla qalib gələrək Region Liqasının qalibi olub.
3-cülük uğrunda görüşdə “Araz Naxçıvan” “Qusar”dan güclü olaraq (2:1) bürünc medalları qazanıb.