21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Drammen şəhərindəki “Marienlist” stadionunda oynanılan görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Norveç 24 xalla qrupu 1-ci, Azərbaycan isə 7 xalla 5-ci pillədə tamamlayıb.
14 iyun
20:00. Norveç – Azərbaycan – 2:1
Qollar: Larsen 54, Botheym 77 – İldar Alekperov 65
Drammen. “Marienlist” stadionu
Xal durumu: Xorvatiya – 22, Norveç – 21, Finlandiya – 19, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.