23 Dekabr 2024
Kateqoriyasız

FİFA Tunis klubunu “Neftçi”yə görə cəzalandırdı

FİFA Tunisin “Esperans” klubuna transfer qadağası qoyub.

İdmanxeber.az xəbər verir ki, buna komandanın “Neftçi”dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.

Qərara əsasən, “Esperans” qarşıdakı üç transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.

Sabir Buqrin bu ilin yanvarında “Neftçi”ni “Esperans”a dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43