“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubunun idman direktoru İştvan Saploy püşkü dəyərləndirib.
İdmanxeber.az-ın məlumatına görə, 56 yaşlı funksioner bildirib ki, “qırmızı-qaralar”ın heyətində də daim rəqibi təhlükə altında saxlayan 4 “sambaçı” çıxış edir:
“Bilirik ki, Azərbaycan Premyer Liqasında braziliyalı legionerlərə üstünlük verirlər. “Qəbələ” narahat rəqibdir. Amma heç nəyə baxmayaraq, irəliləmək istəyirik”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 – 28 iyulda olacaq.