Son olaraq Qazaxıstanın “Turan” klubunda forma geyinmiş millimizin qapıçısı Emil Balayev “Səbail”ə keçməyə yaxındı.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı “əlcək sahibi” paytaxt klubunda oynamaqda maraqlıdı. Ancaq Emil ilk öncə Qazaxıstan təmsilçisinin ona borcunu qaytarmasını gözləyir. Məhz bu alacağa görə o, “Turan”dan cavab gözləyir.
Məsələ həlini tapdığı andan etibarən onu “Səbail”də görə biləcəyik.