Azərbaycan atleti Anna Skidan ABŞ-ın Oreqon şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
İdmanxeber.az-ın məlumatına görə, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 70,93 m nəticə ilə A qrupunda 5-ci olub.
Qeyd edək ki, final iyulun 17-də baş tutacaq.