“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşdə “Ağ-qaralar” qələbə qazanıb – 2:1.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
4 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Vyana, Avstriya) 2:1
Qol: Ataa Caber, 44, Kenni Sayef 60, Qvido Burqştaller 95
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
“Bakcell Arena” stadionu
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.