Kateqoriyasız

“Qarabağ”dan UEFA reytinqinə növbəti töhfə

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

İdmanxeber.az-ın məlumatına görə, ,buna səbəb “Qarabağ”ın “Ferentsvaroş” klubu üzərində 3:1 hesablı qələbəsi olub. Bu qalibiyyət ölkənin aktivinə daha 0, 250 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 1,875-ə, son 5 mövsümdə isə 14,500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, 15,375 xalla 28-ci sırada qərarlaşan Polşaya yaxınlaşıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43