Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha 1 medal qazanıb.
İdmanxeber.az xəbər verir ki, qadın güləşçimiz Elis Manolova (65 kq) gümüş medal əldə edib.
O, finalda qazaxıstanlı Yelena Şaligina ilə görüşüb. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb.
Bu gün daha bir təmsilçimiz qızıl medal qazanıb. Kişilərin güləşində Eldəniz Əzizli 55-kqda çempion olub.