29 İyun 2026
Kateqoriyasız

“Neftçi”də son durum: Biri sıraya döndü

Misli Premyer Liqasının 4-cü turunda “Zirə”ni qonaq edəcək “Neftçi” hazırlıqlarını davam etdirir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, zədəlilər –  Azər Salahlı və Sezr Meza Kolli xaric komanda tam tərkibdə oyuna hazırlaşır. Bir müddətdi zədəsi olan Azər Əliyev də artıq komandayla birgə məşqlərə başlayıb. Onun “Zirə” ilə matçda meydana çıxıb-çıxmayacağı Regekampfdan asılıdı.

Qeyd edək ki, “Neftçi” – “Zirə” görüşü avqustun 26-da keçiriləcək və saat 20:30-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43