“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos”un yeni baş məşqçisi bilinib.
İdmanxeber.az xəbər verir ki, Yunanıstan klubu ispaniyalı Xose Miçelə həvalə olunub.
59 yaşlı mütəxəssis məlumatı təsdiqləyib: “Mən nə vaxtsa “Olimpiakos”a yenidən qayıtmaq istəyirdim. Şadam ki, bu arzum bu gün həyata keçdi. Bu, mənim üçün böyük sevincdir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Bu gün Miçellə 1+1 illik müqavilə imzalanacaq. O, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) komandasını məşqə çıxaracaq.