“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
İdmanxeber.az xəbər verir ki, o, Millətlər Liqasının V turunun Serbiya – İsevç matçının UEFA nümayəndəsi olacaq.
Sentyabrın 24-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.