Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya təmsilçisi E qrupunda 4-cü turda evdə “Zalsburq”la qarşılaşacaq. Artıq “Dinamo” oyun üçün heyətini də açıqlayıb. Mahir ehtiyat oyunçular arasında yer alıb.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

