Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda Yaponiya Xorvatiya ilə qarşılaşıb. Bu matçın əsas və əlavə vaxtında qalib müəyyənləşəyib. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə xorvatlar dəqiq oynayıb.
Digər matçda Braziliya yığması Cənubi Koreya ilə üz-üzə gəlib. Görüş “sambaçılar”ın qələbəsiylə başa çatıb – 4:1.
Adını 1/4 finala yazdıran Braziliya bu raundda Xorvatiya ilə qarşılaşacaq.
Dünya çempionatı
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya – Xorvatiya – 1:1 (penaltilər 1:3)
Qollar: D.Maeda, 44 – İ.Perişiç, 55
23:00. Braziliya – Cənubi Koreya – 4:1
Qollar: V.Junior, 7, Neymar, 13 (penalti), Rişarlison, 28, L.Paketa, 36 – P.Syunq Ho, 78