Yayda “Qarabağ”dan ayrılaraq “Sent Etyen”ə gedən İbrahima Vadji klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, ondan gözlənilən performansı əldə etməyən Fransa təmsilçisi forvardı icarəyə verməyi düşünür. II Liqa təmsilçisi yeni hücumçu axtarışına başlayıb. “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib.
Qeyd edək ki, “Qarabağ”ı “Sent-Etyen”ə dəyişən Vadji Fransa klubunda 10 matçda 3 qol vurub.