UFEA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Gent” matçı üçün nəzərdə tutulan biletlər bir neçə günə satışa çıxarılacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri fevralın 10-11-i aralığında satışa buraxılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Gent” görüşü fevralın 16-da keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü isə bir həftə sonra Gentdə baş tutacaq.