Dünya futbolu

“Kaş ki, bu gün oynaya biləydik” – Markus Raşford

“Liverpul” Premyer Liqanın 26-cı turunda “Mançester Yunayted”i 7:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından “qırmızı şeytanlar”ın hücumçusu Markus Raşford oyun barədə fikirlərini bildirib. O, azarkeşlərə səslənib:

“Kaş ki, bu gün oynaya biləydik. Hər şeyi düzəltməyə çalışacağıq. Nəticəyə göz yuma bilmərik. Bu məğlubiyyətin bütün mövsümə təsir etməsinə imkan verməməliyik. Komandaya güvənməli və bu durumdan birlikdə çıxmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43