Türkiyə millisinin qapıçılar üzrə məşqçisi Mixail Rehner vəzifəsindən ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis “Bavariya” klubu ilə anlaşıb. O, Türkiyə Futbol Federasiyasına ayrılmaq istədiyini bildirib.
42 yaşlı mütəxəssis artıq Münhen təmsilçisi üçün çalışacaq. O, 1,5 ildir Türkiyə yığmasında işləyib.
Rehnerin yerinə milli komandaya Emrah Karakovan gətirilib.

