Dünya futbolu

“El Klasiko”da qeydə alınan rekord milyonlar gətirdi

“Barselona”nın evdə məğlub etdiyi “Real” oyununda rekord qeydə alınıb.

İdmanxeber.az-ın məlumatına görə, “Kamp Nou”da keçirilən görüşü 95 745 tamaşaçı izləyib. Bu, cari mövsüm ən çox azarkeşin izlədiyi matç olub. 

Bundan öncə Pikenin “Almeyra”ya qarşı vida oyununda stadionda 92 605 tərəfdar qeydə alınmışdı. 

“El Klasiko”dakı rekordla “Barselona” bilet satışından əldə edilən gəlirdə də rekorda imza atıb. Belə ki, Kataloniya təmsilçisi bu qarşılaşmadan 8,2 milyon avro qazanıb.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43