Dünya futbolu

PSJ braziliyalı futbolçu ilə güclənir

PSJ heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu “Zenit”in yarımmüdafiəçisi Malkomu rənglərinə bağlamaq niyyətindədir. PSJ futbolçunun keçidini qışda etmək istəsə də, transfer baş tutmayıb.

Ancaq Paris təmsilçisi braziliyalı üçün yayda yeni bir təklif etməyə hazırlaşır. “Zenit”in Malkomu 30-35 milyon avro dəyərində təklif alacağı təqdirdə satmağa hazır olduğu bildirilir.

26 yaşlı futbolçu bu mövsüm 20 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43