Dünya futbolu

İngiltərə millisi iki əsas silahını itirdi

İngiltərə millisi AVRO-2024 seçmə mərhələsi çərçivəsində Ukrayna və İtaliya millisi ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, çətin oyunlar öncəsi yığmanın heyətində iki vacib itki var. Belə ki, Meyson Maunt və Markus Reşford sözügedən görüşlərdə komandalarına kömək edə bilməyəcək.

Hər iki futbolçu da zədə səbəbindən heyətdən çıxarılıb. 

İngiltərə millisi C qrupunda Malta, İtaliya, Ukrayna və Şimali Makedonya ilə birgə mübarizə aparacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43