Dünya futbolu

Konte istefaya göndərilir

“Tottenhem”in baş məşqçisi Antonio Konte istefaya göndərilə bilər.

İdmanxeber.az “Xendan Sport”a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin uğursuz çıxışı klub rəhbərliyinin radikal qərarlar verməyə vadar edib. İtaliyalı mütəxəssisin bu həftəyə istefaya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşan “Tottenhem” “Milan”a iki oyunun ümumi nəticəsində məğlub olaraq ÇL-də mubarizəni dayandırib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43