Dünya futbolu

“Real”ın hədəfindəki hücumçular

“Real” heyətini yeni hücumçu ilə gücləndirə bilər.

İdmanxeber.az nüfuzlu AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçsi Kərim Benzemanın performansından narazıdır. Komandanın son oyunlarda hücum xətti istənilən səviyyədə deyil.

Bu səbəbdən də rəhbərlik ilk oplaraq forvard transferi barədə düşünür. “Kral klubu”nun əsas hədəfi Erlinq Haland və ya Kilian Mbappedir.

Hər iki futbolçunun heyətə cəlb edilməsi 2024-cü ildə baş verə bilər.

Fransalı forvardın müqaviləsi həmin tarixdə başa çatırsa, norveçlinin həmin ildən 180 milyon avro qarşılığında sərbəst qalma maddəsi aktivləşir. 

Benzema bu mövsüm 43 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə var. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43