Dünya futbolu

Fransalı futbolçuya 1 milyard qiymət qoyuldu

“Real” yarımmüdafiəçisi Kamavinqa ilə müqavilə uzatmaq niyyətindədir.

İdmanxeber.az “The Atletic” nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq danışıqlara başlayıblar. Madrid klubu futbolçu ilə uzun müddətli sözləşmə bağlamaq istəyir.

Yeni müqavilədə yarımmüdafiəçi üçün böyük məbləğdə təzminat təyin edilib. Belə ki, fransalı oyunçunu transfer etmək istəyən 1 milyard avro təzminat ödəməli olacaq. 

Kamavinqanın “Real”la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43