Dünya futbolu

“Azərbaycana qarşı maksimum güc göstərməliyik” – almaniyalı baş məşqçi

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024 seçmə mərhələsi oyunları öncəsi açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Azərbaycan və Estoniya millisi ilə görüşlərə ciddi hazırlşadıqlarını bildirib. O, rəqiblərə hörmət etdiklərini açıqlayıb:

“Oynayacağımız komandalar heç də asan rəqiblər deyillər. Azərbaycan və Estoniyaya qarşı maksimum güc göstərməliyik. Nəticə qazanmaq istəyiriksə, bütün gücümüzlə mübarizə aparmalıyıq”.

Azərbaycan yığması martın 24-də səfərdə Avstriya komandası ilə üz-üzə gələcək.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43