Dünya futbolu

“Qalatasaray”, yoxsa “Fənərbağça”? – kimdir favorit?

Türkiyə Super Liqasında çempionluğa favorit olan komandanın adı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları çempionluq üçün əmsalları yeniləyib. Super Liqada son tur oyunlarının ardından “Qalatasaray”ın şansı daha yüksək görülüb.

Belə ki, “sarı-qırmızlar”ın çempion olacağına 1,42 əmsal təyin edilib. “Fənərbağça”nın şansı isə 1,80 olaraq dəyərləndirilib.

Əzəli rəqiblərindən geri qalan “Beşiktaş”ın çempion olacağına 20 əmsal təyin edilib.

Xatırladaq ki, hazırda “Qalatasaray” turnir cəvdəlində 60 xalla birinci sıradadır. İkinci pillədəki bir oyunu əskik “Fənərbağça”nın 54 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43