PSJ Kritosf Qaltye ilə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu Joze Mourinyonu komandanın başına gətirmək niyyətindədir. Klub meneceri Luis Kampos portuqaliyalı mütəxəssislə danışıqlara hazırlaşır.
Əsas hədəfi Çempionlar Liqasını qazanmaq olan PSJ hələlik bu istəyinə çatmayıb. Rəhbərlik bunun üçün ÇL təcrübəsi olan bir baş məşqçi ilə çalışmaq niyyətindədir.
Mənbə yazır ki, klubda Mourinyonun baş məşqçi olmasına hər kəs müsbət yanaşır. 60 yaşlı mütəxəssis hazırda “Roma”da çalışsa da, mövsüm sonu paytaxt təmsilçisindən ayrıla bilər.
Jozenin İtaliya klubu ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

