12 İyul 2026
Dünya futbolu

Haland Norveç millisinin heyətindən çıxarıldı

Norveç millisinin hücumçusu Erlinq Haland heyətdən çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb onun zədələnməsi olub. İngiltərə kubokunda “Bernli” ilə oyundan (6:0) sonra “Mançester Siti”nin hücumçusu qasıq nahiyəsində ağrı hiss edib.

Norveç millisinin tibbi heyəti müayinələrdən sonra futbolçunun qarşıdakı oyunlarda risk edilməməsini məsləhət görüb. 

Halandın millinin AVRO-2024 seçmə mərhələsində İspaniya və Gürcüstana qarşı oyunları buraxacağı bildirilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43