Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vura bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı hücumçu milli komandadakı gələcəyi ilə bağlı qərarını verib. Futbolçu baş məşqçi Didye Deşamın kapitanlığı Kilian Mbappeyə verilməsindən narazı qalıb.
Mənbə yazır ki, Rafael Varanın millidən getməsi qərarı da oyunçuya pis təsir edib. O, yığma komandada artıq yaxşı ab-hava olmadığını açıqlayıb.
“Ateltiko”lu futbolçu yaxın vaxtda Fransa millisindən gedəcəyini açıqlayacaq. Mart ayındakı qarşılaşmalar onun Fransa heyətindəki sonuncu oyunları ola bilər.

