07 İyul 2026
Dünya futbolu

“Qrupda mübarizə yeni başlayır” – Mbappe

AVRO-2024 seçmə mərhələsi çərçivəsində Fransa Niderlandı 4:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, oyunda dubla imza atan Kilian Mbappe görüş sonrası fikirlərini bildirib. O, matçın çox yaxşı keçdiyini açıqlayıb:

“Oyunçularla aramızda azarkeşləri məyus etməmək üçün danışmışdıq. Bu, dünya çempionatından sonra ilk oyunumuz idi.

Finala qədər orada necə oynadıqsa, elə də oynamaq istəyirdik. İlk addımı atdıq, lakin qrupda mübarizə yeni başlayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43