Braziliyalı sabiq futbolçu Ronaldinyo xarici mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, əfsanəvi oyunçu Lionel Messidən də söz açıb. O, argentinalının “Barselona”ya qayıtmalı olduğunu bildirib:
“Mən Messinin dostuyam. Onun üçün çox xoşbəxtəm. Dostum xəyallarını reallaşdırdığını görmək çox sevindiricidir. Onunla yaxın olduğum üçün mənə görə Messi ən yaxşıdır.
Onu həmişə xoşbəxt görmək istərdim, harda olması məni maraqlandırmır. Ancaq karyerasını “Barselona”da bitirsə, daha yaxşı olar”.

