04 Dekabr 2024
Dünya futbolu

Braziliyalı “Liverpul”un tarixinə keçdi

İngiltərə Premyer Liqasının növbəti turunda “Arsenal” səfərdə “Liverpul”la heç-heçə (2:2) edib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar”ın futbolçusu Roberto Firmino görüşün 87-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb. Bu, braziliyalının “Arsenal”a qarşı vurduğu 11-ci qoldur.

Firmino bununla da “Liverpul” tarixində “topçular”a qarşı ən məhsuldar futbolçu olub. 

O, cari mövsüm Premyer Liqada 22 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43