07 İyul 2026
Dünya futbolu

Mourinyodan Kassanoya: “Oynamadan bir kubok qazanıb”

“Roma”nın baş məşqçisi Joze Mourinyo sabiq futbolçu Antonio Kassanoya cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, bir dönəm “Roma”da çıxış etmiş Kassano portuqaliyalı mütəxəssisi klubdakı fəaliyyətini sərt tənqid edib. Mourinyo da onun bu açıqlamasına cavab verib:

“Hər kəs öz fikirlərini bildirməkdə sərbəstdir. Ancaq Kassano kimi adamlar danışanda məsələ dəyişir. O, “Roma”, “İnter” və “Real” kimi klublarda çıxış edib. Hələ də “Real” pencəyi” ilə dolaşır. Paytaxt klubunda oynamadan bir Super Kubok qazanıb. “İnter”də isə heç nə ilə yadda qalmayıb.

Mənim isə bu üç klubda hansı işləri görüdüyüm bəllidir. Mənimlə hansısa problemi varsa, şəxsimin onunla heç bir durumu yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43