“Ahmet Ayzayanın oyunun sonunda etdiyi bir hərəkət var. Heç kimə belə şeylər etməsinə icazə verilməməlidir. Azarkeşlərimizə, futbolçularımıza qarşı çox əxlaqsız bir davranış idi. Yəqin ki, “Kəpəz” klubu ona bu hərəkətinin yolverilməz olduğunu izah edəcək. Heç bir klubun futbolçusu belə əxlaqsız jestlər etməməlidir. İstər legioner olsun, istərsə də yerli oyunçu. Klub Ayzaya barədə ölçü götürməlidir. Bu, gələcək oyunlarda təkrar olunmamalıdır”.
Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un qapıçısı Kamal Bayramov qərb derbisində baş vermiş gərginlik barədə danışarkən deyib.
O, oyunun ardından “Kəpəz”in kapitanı Yusif Nəbiyevlə arasında baş vermiş söz-söhbətdən də danışıb:
“Yusiflə aranmızda heç bir problem yoxdur. Sadəcə, komandanın kapitanı kimi iradlarımı ona bildirdim. Ayzayanın hərkəti açıq şəkildə əxlaqsızlıq idi. Buna qeyri-etik də demək olmaz. Yusifə qarşı ola bilsin aqressiv oldum. Sadəcə olaraq Ayazaya demək istədiyim sözləri Nəbiyev vasitəsi ilə ona çatdırmaq istədim. Belə onunla heç bir problemimiz yoxdur”.
Həsən Quluzadə

