“Bavariya” hücumçusu Sadio Mane barədə yekun qərarını verdib.
İdmanxeber.az nüfuzlu AS nəşrinə istinadən xəbər verir ki, rəhbərlik seneqallı forvardla mövsüm sonu vidalaşacaq. Onun Saneyə qarşı davranışının bağışlanmayacağı bildirilir.
“Bavariya” daha öncə Manenin 500 min avro cərimələnməsinə qərar vermişdi. Komandanın baş məşqçisi Tomas Tuxel oyunçunu müdafiə etsə də, futbolçu ilə yolların ayrılacağı iddia edilir.
31 yaşlı hücumçunun klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.

