UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə UEFA-nın prezidenti Aleksander Ceferin açıqlama verib.
O bildirib ki, önümüzdəki 20 ildə ÇL finallarının biri Amerikada baş tuta bilər. Qurum rəhbəri bu barədə danışıqların davam etdiyini də bildirib.
Xatırladaq ki, 2026 dünya çempionatı ABŞ-da keçiriləcək.