13 İyul 2026
Dünya futbolu

“Real” çempionun ulduzunu istəyir

“Real” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” Karim Benzemaya alternativ forvard axtarışlarını İtaliyada tapıb. Madrid təmsilçisinin “Napoli”nin ulduzu Viktor Osimhenlə yaxından maraqlandığı bildirilir.

Cari mövsüm komandasının A Seriyası çempionluğundaa mühüm pay sahibi olan nigeriyalını heyətdə saxlamaq çətin görünür. Onunla Avropanın bir neçə klubunun maraqlandığı bildirilir.

“Real” rəhbərliyi Osimheni transfer siyahının ilk sirasına yazıb. Daha öncə “Napoli”nin futbolçunu 160 milyon avroya satmaq niyyətində olduğu iddia edilirdi.

Viktor cari mövsüm komandası ilə 35 oyunda 28 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43