Belçikalı futbolçu Ceyson Denayer karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bir dönəm “Qalatasaray” forması geyinən təcrübəli futbolçu hazırda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Şabab Əl Əhli”də çıxış edir. 28 yaşlı müdafiəçinin orada qalmaq istəmədiyi və yenidən Super Liqaya dönmək niyyətində olduğu bildirilir.
Türkiyənin “Fanatik” nəşri yazır ki, belçikalı “Trabzonspor”un diqqət mərkəzindədi.
Müqavilə ilə Fransa “Lion”una məssus olan Denyarin yaxın vaxtlarda Trabzon klubu ilə danışıqlara başlayacağı gözlənilir.