“Xetafe”nin hücumçusu Enes Ünal mövsüm sonu komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü karyerasını Portuqaliyada davam etdirməyə yaxındı. “Benfika” klubu oyunçunun xidmətində maraqlıdır.
La Liqa təmsilçisinin prezidenti də məlumatı təsdiqləyib. O, “Benfika”nın bir neçə dəfə Enesi izləmək üçün İspaniyaya gəldiyini açıqlayıb.
Yaxın vaxtda tərəflər arasında danışıqların başlayacağı bildirilir.

