Karlo Ançelotti gələn mövsüm “Real”ın baş məşqçisi olaraq qalacaq.
İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubundna ayrılmayacaq. O, artıq növbəti mövsüm üçün heyəti planlaşdırmaq üzərində işləyir.
“Marca” bu məlumatı təsdiq edərək əlavə edib ki, Braziliya millisi Ançelottinin təyinatını 2024-cü ilə qədər gözləyə bilər.
Braziliya Futbol Konfederasiyası italiyalının komandanı 2026-cı il dünya çempionatına hazırlamasını istəyir.

