Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, həlledici görüşdə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəliblər. 90 dəqiqəsində qalib müəyənləşməyən matçda əlavə vaxt oynanılıb.
102-ci dəqiqədə “Qəbələ”nin futbolçusu İsnik Alimi penaltidən fərqlənərək bölgə klubuna tarixində ikinci ölkə kubokunu qazandırıb.
Azərbaycan Kuboku
Final
3 iyun
20:00. “Neftçi” – “Qəbələ” 0:1
Qol: İsnik Alimi, 102-pen. (0:1)
“Bakcell Arena” stadionu

