13 İyul 2026
Dünya futbolu

Mahir “Konyaspor”da növbəti oyununu keçirdi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” bu gün Türkiyə Super Liqasında 2022/2023 mövsümünün son ev oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Fatih Karagümrük”u qəbul edib. Görüş 1:1 hesabı ilə sona çatıb. M.Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb və 63-cü dəqiqədə meydana daxil olub.

“Konyaspor” hazırda 49 xalla 7-ci, “Fatih Karagümrük” 47 xalla 9-cudur.

Konya təmsilçisi Superliqada bu mövsümün son görüşünü iyunun 7-i səfərdə “Beşiktaş”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43