“Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı “Qəbələ” görmək istəyirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun finalında “Neftçi”ni 1:0 məğlub etdikləri oyundan sonra deyib. O, daha sonra belə davam edib:
“Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq. Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək. Kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm”.

