“Qalatasaray” “Qarabağ”la yoxlama matçı keçirə bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Haluk Yürekli sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, İstanbul təmsilçisi iyunun 27-də toplanacaq və mövsümə hazırlıq çərçivəsində Ağdam təmsilçisi ilə görüşə bilər.
Oyunun vaxtı və məkanı barədə hər hansı bir məlumat verilməyib.
Tərəflər arasında Bakıda keçirilən qardaşlıq matçında “sarı-qırmızılar” 2:1 hesabı ilə qalib gəlib


